SEVGİ SƏNİNDİR
Kövrək ürəyim gizlədiyi, sevgi sənindir
Odlarda həzin közlədiyi, sevgi sənindir
Könlüm tələsir vəsləti tapsın qucağında
İllər boyu sənsizlədiyi, sevgi sənindir
Eşqin şəhəri, yeddi ilin fürsətin almış
Son gündə ki Təbrizlədiyi, sevgi sənindir
Gülşəndə gülən qanlı dodaqlar yarasından
Sünbül boyu nərgizlədiyi, sevgi sənindir
Axşam danışır, dərdini ulduzlara könlüm
Həsrət dolu gündüzlədiyi, sevgi sənindir
Bir odlu baxışdan, süzülən oxlara dözdüm
Qəlbimdə nişan izlədiyi, sevgi sənindir
Elman sənə vurğun yaranıb, eşqi düşünsün
Gözlər kimi var gözlədiyi, sevgi sənindir
Kövrek: Hassas, narin.
Telesir: acele ediyor
Veslet: kavuşma
İller: yıllar, seneler
Fürset: fırsat
Tebrizlediği: Tebriz gibi olan
Dodaqlar: dudaklar
Dözdüm: dayandım, sabrettim
Oruç Dadaşi