Oruç Dadaşi

  • SEVGİ SƏNİNDİR

    Kövrək ürəyim gizlədiyi, sevgi sənindirOdlarda həzin közlədiyi, sevgi sənindir Könlüm tələsir vəsləti tapsın qucağındaİllər boyu sənsizlədiyi, sevgi sənindir Eşqin şəhəri, yeddi ilin fürsətin almışSon gündə ki Təbrizlədiyi, sevgi sənindir Gülşəndə gülən qanlı dodaqlar yarasındanSünbül boyu nərgizlədiyi, sevgi sənindir Axşam danışır, dərdini ulduzlara könlümHəsrət dolu gündüzlədiyi, sevgi sənindir Bir odlu baxışdan, süzülən oxlara dözdümQəlbimdə nişan izlədiyi,…